Türk birliyinin reallığa çevrilməsində İlham Əliyevin müstəsna xidmətləri olub - ÖZƏL
6 Noyabr 2023 11:00 Siyasət"Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev deyib. Onun sözlərinə görə, təsadüfi deyil ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb: "2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Ötən dövrdə respublikamız TDT-nın müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. Artıq bu təşəbbüs reallığa çevrilir. Martın 16-da keçirilən Ankara sammitində bu istiqamətdə praktiki addım atılıb".