İşğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə 7 milyard dollar vəsait sərf edilib - ÖZƏL
6 Noyabr 2023 10:52 Siyasət"Dövlət başçısı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında X yubiley Zirvə görüşündə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün hazırlanan Böyük Qayıdış proqramının icrası ilə bağlı aparılan bərpa-quruculuq işlərindən də söz açdı". "Olaylar xəbər verir ki, bunu deyən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın sözlərinə görə, qeyd olundu ki, üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı: "Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard dolların ayrılacağı nəzərdə tutulur. Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur. Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığını ifadə edən cənab İlham Əliyev bildirmişdir: "Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür".