Prezident verdiyi vədi yerinə yetirdi: Xankəndi Türk dünyasının zəfər simvoluna çevrildi - VİDEO
6 Noyabr 2023 10:43 SiyasətAzərbaycan Televiziyasında yayımlanan "Həftə" analitik informasiya buraxılışında Xankəndinin Türk dünyasının zəfər simvoluna çevrilməsindən bəhs olunub.
Olaylar.az xəbər verir ki, QSC sədri və tanınmış teleaparıcı Rövşən Məmmədovun şərhində yayımlanan verilişdə Prezident İlham Əliyevin uğurlu siyasəti və onun yaratdığı yeni reallıqlar xüsusi vurğulanıb.
Süjetdə bildirilir ki, azad Qarabağ faktiki bütün Türk dünyasının gücünün və qüdrətinin, azadlığının və həmrəyliyinin simvoluna çevrilib:
"Bu gün Türk dünyası Qarabağ zəfərindən danışır. Gələcək planlarını da Qarabağ zərəfi üzərindən qurur və öz yanında da bu zəfərin memarı güclü lider Prezident İlham Əliyevi görmək istəyir. Çünki onun hər bir sözü sözdür".
Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: https://www.youtube.com/watch?v=HgB4nfeLoeU&t=1s