XİN-in kollegiya üzvlərinin sayı artırılıb

Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı artırılıb.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi kollegiya üzvləri sırasına daxil edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31