Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Annalena Berbok
4 Noyabr 2023 21:09 SiyasətMən hər zaman ifadə etmişəm ki, Qarabağ Azərbaycanın ərazisidir. Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Olaylar.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı çıxışında deyib.
"Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycanıların öz torpaqlarına qayıtmalıdır",- deyə nazir bildirib.
Qeyd edək ki, bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31