"Azərbaycana minatəmizləmə ilə bağlı dəstək olmaq istəyirik"
4 Noyabr 2023 21:07 SiyasətAzərbaycana minatəmizləmə ilə bağlı dəstək olmaq istəyirik.
Olaylar.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı çıxışında deyib.
"Bu məsələdə Azərbaycana minatəmizləmə layihəsini təklif etdim. O torpaqlarda uşaqlar təhlükəsiz şəkildə oynamalıdır",- deyə nazir əlavə edib.
Qeyd edək ki, bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31