"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının alternativi yoxdur"

Azərbaycan hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının alternativi yoxdur.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransı çıxışında deyib.

"Şərtlər qəbul edildikdən sonra, bu dialoqu davam etdirməyə hazırıq",- deyə nazir əlavə edib.

Qeyd edək ki, bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31