Uzun illər ərzində Azərbaycan və Almaniya arasında bir çox sahədə əlaqələr uğurla inkişaf edir - Ceyhun Bayramov

Uzun illər ərzində Azərbaycan və Almaniya arasında bir çox sahədə əlaqələr uğurla inkişaf edir.

Olaylar.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransı çıxışında deyib.

"Azərbaycanda 200-dən artıq Almaniya şirkəti fəaliyyət göstərir. Almaniya şirkətləri Azərbayacana 810 milyon dollar, Azərbaycan isə Almaniyaya 550 milyon dollar investisiya qoyub. Əməkdaşlığımızın çox böyük potensialı mövcuddur",- deyə nazir əlavə edib.

Qeyd edək ki, bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31