Azərbaycan müttəfiqlərinin sayını artırır - ÖZƏL

"Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional və qlobal təşəbbüslər Azərbaycanın imicinin dünyada möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi". Olaylar xəbər verir ki, buni YAP Gədəbəy rayon təşkilatının üzvü Anar Məmmədov deyib:​ "Azərbaycanın Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Vətən müharibəsinə başladı və qalib gəldi. Torpaq həsrətinə son qoyuldu. Azərbaycan xalqı və Azərbaycan ordusu cənab İlham Əliyevin liderliyi ilə əsl qəhrəmanlıq və şücaət nümayiş etdirərək on illər boyu işğal altında qalan torpaqlarımızı düşməndən təmizlədi və tarixi ədaləti bərqərar etdi. İkinci dünya müharibəsindən sonra Azərbaycan itirilmiş torpaqlarını geri qaytarmağı və ərazi bütövlüyünü bərpa etməyi bacaran yeganə dövlət oldu. Müharibədə güclüykən sülhü seçmək həmişə məğlubiyyət kimi dəyərləndirilir. Amma ildırım sürətli müharibə ilə düşməni təslim edib sülhə məcbur etmək strateji düşüncənin və çox uğurlu diplomatik qələbənin parlaq nümunəsidir. Bəşər tarixində ən böyük fatehlər müharibələr zamanı məhz bu diplomtiya ilə qalib gələn sərkərdələr hesab olunublar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən müharibəsində çox parlaq şəkildə bunu bacardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31