Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynadı- ÖZƏL
4 Noyabr 2023 12:16 SiyasətAzərbaycanın mədəniyyət incisi, Qarabağın tacı sayılan Şuşanın işğaldan azad edilməsinin 3 illiyi ərəfəsindədyik. 2020-ci il, noyabrın 8-də Müzəffər Azərbaycan Ordusu və onun qalib Baş Komandanı İlham Əliyevin sayəsində erməni işğalından azad olunan Şuşa bu gün özünün yeni inkişaf, tərəqqi dövrünü yaşayır.
"OLAYLAR"-ın xəbərinə görə, Şuşanın işğaldan azad edilməsinin 3-cü ildönümü ərəfəsində həmin günlərə nəzər salan Yeni Azərbaycan Partiyasının üzvü Məhəmməd Heydərli deyib ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Onun sözlərinə görə. bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi:
"Bununla da xalqımız otuz ildən bəri gözlənilən Qələbə sevincini yaşadı. Döyüş meydanında əldə olunan bu qələbələr nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqla Ordunun birliyini və ümumiyyətlə, dünya azərbaycanlılarının həmrəyliyini hamımız bir daha hiss etdik və gördük".