Türkdilli dövlətlərin iqtisadi imkanları genişdir- ÖZƏL

"Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir. Ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon dollar dəyərində ümumi daxili məhsula və 855 milyard dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensialı, enerji resursları, nəqliyyat yolları və müasir hərbi imkanları ilə diqqətdədirlər". ​ Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Nurlan Həsənov deyib: "D övlət başçısı İlham Əliyev Yubiley Zirvə görüşündəki çıxışında bu rəqəmi açıqladı ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard​ dollardan çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır."
"Münasibətlərimizin inkişafında nəqliyyat və logistika sahələri də mühüm yer tutur" söyləyən Nurlan Həsənov onu da vurğulayıb ki, Türk Dşvlətləri Təşkilatına üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək görərik ki, onlar Şərqdən Qərbə tam bir nəqliyyat marşrutu - Orta Dəhliz təşkil edir. Heç şübhəsiz, Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31