TDT-nin geosiyasi bir güc kimi ortaya çıxması mütləqdir və vacibdir- ÖZƏL

"Türk Dövlətləri Təşkilatının yeni dünya düzəni formalaşması prosesində geosiyasi bir güc kimi ortaya çıxması mütləqdir və vacibdir. Bu, regional güc kimi bu regionlar üzərində oyun quran qüvvələr üçün çəkindirici faktordur".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Astanada TDT-nin sammitinin keçirilməsini şərh edərkən səsləndirib. Politoloq hesab edir ki, hələ görüləsi işlər çoxdur, sammitin gedişi də bunu göstərdi:

"Üzv dövlətlər hələ öz şəxsi maraqları ilə ümumi maraqlar arasında dəqiq seçim etməyi həll etməyiblər. Bu kimi məsələlərdə birlik və bərabərlik mesajlarının verilməsi daha məqsədə uyğun olduğu qənaətindəyik. Ümid edirik ki, təşkilat bu istiqaməti daha çox ciddi şəkildə işləmək üçün özünün gündəminə alacaq".
Azər Qasımov deyib ki. görüşdə Ərdoğan İsraili günahlandıran bəyanatla çıxış edib: "Qazaxıstan Prezidenti Tokayev isə çıxışında Qəzzada həlak olanları İsrailin hücumu səbəbindən yox, qarşıdurmanın qurbanları kimi ortaq mövqe bildirməklə diplomatik fikir bildirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31