Vətən müharibəsindən sonra 65 insan mina partlaması nəticəsində həlak olub - ANAMA

Minaların təsiri həqiqətən də dağıdıcıdır, insanlar həyatlarını itirir və ya ömürlük əlil qalır.

Olaylar.az-ın məlumatına görə, bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmədə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O qeyd edib ki, Vətən müharibəsi başa çatandan bu günədək 336 insan partlayıcı sursatların qurbanına çevrilib, onlardan 65-i həyatını itirib, 271-i isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31