İrəvanın yeni iddiası nəyə hesablanıb?

Ararat Mirzoyan iddia edir ki, "Ermənistanın 200 kvadratkilometr ərazisi Azərbaycanın nəzarəti altındadır". Siyasi şərhçi Asif Nərimanlı Olaylar-a bildirilib ki,
söhbət işğal dövründə İrəvanın dövlət sərhədini qanunsuz olaraq irəli çəkməsi nəticəsində Ermənistanın nəzarətinə keçən ərazilərdən gedir: "44 günlük müharibədən sonra Azərbaycanın dövlət sərhədini bərpa etməsi ilə həmin ərazilərə nəzarət bərpa olunub. Bu, təxminən İrəvan şəhərinin ərazisi (230 kv.km) qədərdir. Erməni mediası da Mirzoyanın iddiasını "Azərbaycan İrəvan boyda əraziyə nəzarət edir" qeydi ilə tirajlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31