“Ortaq əlifbanın yaradılması istiqamətində fəaliyyətlərimiz artırılmalıdır”- ƏRDOĞAN - ÖZƏL

"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ortaq əlifbasının yaradılması istiqamətində fəaliyyətimiz artırılmalıdır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Türk Dövlətləri Təşkilatının zirvə görüşündə çıxışı zamanı deyib. Türkiyə lideri deyib ki, bunun üçün təşkilata üzv ölkələrin liderləri də siyasi iradə nümayiş etdirməli və ortaya önəmli fəaliyyətlər qoyulmalıdır.
Rəcəb Tayyib Ərdoğan TDT-yə üzv ölkələr arasında iqtisadi, ticari, humanitar, təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial və imkanlar olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31