MMC düşüncəli məmurlar...- ÖZƏL

"Qanunsuzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə edən qurumlardan biri də reklam agentliyidir. Səbəb odur ki, rəhbər vəzifəyə biznesdən gəlib, elə bilir ki, agentlik onun firmasıdır. MMC düşüncəli məmur..." "Olaylar" xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev  deyib: "Bu barədə hökumət üzvlərinin iştirakı ilə  komitə iclasında nə lazımdırsa dedim. Dedim ki, vətəndaş dövlətindən narazı qalmamalıdır. Əgər o özbaşınalıqla məşğuldursa mütləq vəzifədən alınmalıdır... Bu gün Azərbaycan dövlətinin maraqları naminə dünya gücləri ilə savaşan Prezidentin yanında dayanan vətəndaşları incitmək, elə Prezidentə qarşı çıxmaq deməkdir. Çox təəssüf edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31