Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı törətdiyi müharibə cinayətləri

İstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər

XX əsrin son rübü xalqımız üçün ağır, keşməkeşli bir dövr olaraq yadda qalmışdır. 1988-1994 cü illərdə Ermənistan Silahlı Qüvvələrinin yerinə yetirdiyi işğalçılıq siyasəti nəticəsində 20 % torpağımız işğal edildi. Ümumilli lider Heydər Əliyevin siyasi gücü nəticəsində 1994-cü ildə sülh müqaviləsi imzalandı. İşğalla bağlı BMT tərəfindən 4 qətnamə qəbul edilsə də Ermənistanın cinayətkar hakimiyyəti bu qətnamələrə məhəl qoymayırdı.Azərbaycan Respublikası sülhsevər siyasət yeridərək 30 ilə yaxın bir dövrdə düşməndən işğal etdiyi torpaqları tərk etməsini tələb etsə də Ermənilər bu tələbələrə məhəl qoymur ,eyni zamanda yeni-yeni təxribatlara əl atırdılar.

Həmin hadisələrə nəzər salan ADPU Tarix və Coğrafiya fakültəsinin tələbəsi, ictimai fəal Ramil Mehdili deyib ki,  2016-cı il 2-5 Aprel tarixində Ermənistanın yeni ərazi iddiaları onlara baha başa gəldi:

"Azərbaycan ordusu müstəqilikdən sonrakı dövrdə öz gücünü məhz Aprel döyüşlərində sübut etməyi bacardı. Lələtəpə zəfəri bu döyüşlərin simvolu oldu.

Ermənistanda küçədən hakimiyətə gəlmiş Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın  Dağlıq Qarabağa səfər edərək sərsəm fikirlər səsləndirməsi, yeni ərazi iddiaları Azərbaycan tərəfini ciddi narahat edirdi. Bu illər ərzində müxtəlif təxribatlara əl atan Ermənilərin növbəti həmləsi 2020-ci il iyul ayında, Tovuz rayonu istiqamətində oldu. Bu dəfəki tərtibatda məqsəd dünya ictimaiyyətinin diqqətini Qarabağdan yayındırmaq idi. Səngər Generalı olan Polad Həşimovun rəhbərliyi ilə Azərbaycan ordusu Tovuzda düşməni məhv etməyi bacardı. Bu döyüşlər zamanı Polad Həşimovun Şəhid olması Azərbaycan xalqının səbrini tar-mar etdi.  "Ali baş komandan Silah ver bizə!" şüarı ilə küçələrə axışan qəhrəman vətən övladlarının harayı Cənab Prezident tərəfindən yüksək səviyyədə qarşılandı. Ehtiyatda olan hərbiçilərin təlimə çağrılması üçün xüsusi tapşırıq verildi! Minlərlə vətəndaşımız könüllü olaraq ordu sıralarına yazılmağa başladı".

O qeyd edir ki, 2020-ci ilin sentyabr ayında BMT-in iclası zamanı Prezident İlham Əliyev Ermənistanın müharibəyə hazırlaşdığını, onların edəcəyi hər hansı bir yalnış hərəkətin cavabsız qalmayacağını xüsüsilə vurğuladı:

"2020-ci il 27 sentyabrda səhər saatlarından düşmən təxribatı barədə məlumatı Hikmət Hacıyev verdi. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində düşmən təxribatının cavabsız qalmayacağını, əks-hücum əməliyyatının başladığını, torpaqlarımızın işğaldan azad olunacağını vurğuladı. Ali Baş Komandan - Ordu - Xalq birliyi 44 gün ərzində hər saat, hər an hiss olundu. Azərbaycan xalqı hər gün axşam saatlarında Prezidentdən yeni "twit" gözləyirdi. Rəşadətli Azərbaycan ordusu Ali Baş Komandanın tapşırıqlarını uğurla yerinə yetirir, mənfur düşməni iti qovan kimi qovurdu. Qələbənin ilk sədası Suqovuşandan gəldi, 3 oktyabr tarixində Prezident İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi məlumatını paylaşdı. 4 oktyabr tarixində Azərbaycan ordusu Cəbrayıl şəhərini düşməndən azad etməyi bacardı. Cəbrayılın azad olunmasında Xüsusi Təyinatlı Qüvvələrin "Əfsanəvi Taborunun" xüsusi rolu olmuşdur".

Ramil Mehdili deyib ki, Vətən Müharibəsi dövründə İlham Əliyevlə çiyin-çiyinə mübarizə aparan Hikmət Hacıyev də bütün siyasi təzyiqlərə qətiyyətlə cavab verirdi: "Əks-hücum əməliyyatını uğurla davam etdirən Azərbaycan ordusunun növbəti qələbə xəbəri 9 oktyabrda - Hadrut qəsəbəsinin azad edilməsi ilə baş verdi. Azərbaycan Respublikasının əldə etdiyi qələbələrdə Prezident İlham Əliyevin siyasi gücü, dözümlülüyü də xüsusilə qeyd olunmalı məqamdır. Rusiya Federasiyası, ABŞ, Almaniya, Fransa kimi güclü dövlətlərin siyasi təzyiqlərinə ,beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq əks-hücum əməliyyatını dayandırmadı ,Ata vəsiyyətini yerinə yetirdi!"

O qeyd edib ki,  Azərbaycan ordusu xalqın biliyindən ilhamlanaraq düşmənin yuxusuna haram qatmağa davam edirdi: "Zəfərin növbəti ayaq səsləri Fizulidən gəldi.17 oktyabr tarixində Füzuli şəhəri işğaldan azad edildi.  44 günlük müharibə zamanı Cənubi Azərbaycanlı soydaşlarımız hər saniyə mənəvi dəstəklərini hiss etdirirdilər, Arazın o tayından gələn bu dəstəklə ordumuz 18 oktyabrda Xudafərin Körpüsünü, oktyabrın 20-də Zəngilan şəhərini ,oktyabrın 22-də isə Ağbənd qəsəbəsini düşməndən təmizləməyi bacardı! Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət sərhəddinin bütövlüyü bərpa olundu, 25 oktyabrda Qubadlı şəhəri azad edildi!  Cəbhədə ardıcıl məğlubiyyətlərlə üzləşən Ermənistan silahlı qüvvələri öz çirkin əməllərinin davamını Gəncə, Bərdə, Naftalan, Ağdam,Tərtər və.s ərazilərdə  məskunlaşan mülki əhalini raket atəşinə tutmaqla bir daha sübut etdi. Xüsusilə cəbhə xəttindən kənarda yerləşən Bərdə və Gəncəyə istifadəsi qadağan edilmiş silahlarla təşkil edilmiş hücumlar Beynəlxalq hüququn sərt şəkildə pozulması, insanlığa qarşı törədilən terror aktı idi.

44 günlük müharibə zamanı Gəncə şəhəri 5 dəfə raket hücumuna məruz qaldı. İlk hücum 4 oktyabrda baş verdi, 1 nəfər öldü, 30-dan çox xəsarət alan oldu.5 oktyabrda təşkil edilmiş 2-ci hücumda 3 nəfər xəsarət aldı. 8 oktyabrda baş verən 3-cü raket hücumu gecə saatlarında reallaşdırılmışdır.10 oktyabrda müvəqqəti atəşkəs elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri SKAD yayılım atəşli raketləri ilə Gəncə şəhərini 4-cü dəfə hədəfə aldı.10 nəfər həlak oldu ,40 nəfər isə yaralandı .17 oktyabrda düşmənin Gəncəyə yeni hücumu nəticəsində 15 nəfər həlak oldu ,55 nəfər isə yaralandı.

Düşmənin mülki əhalini hədəfə alması təkcə Gəncədə deyil ,Bərdədə də xeyli insan itkisinə gətirib çıxardı.Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları dinc əhaliyə qarşı törədilən terror aktı idi.Cəbhə xəttindən kənarda yerləşən Bərdə şəhərində törədilən partlayışlar nəticəsində 27 nəfər həlak oldu, 80 dən çox dinc sakin xəsarət aldı.

Ümumilikdə götürdükdə istər Bərdəyə edilən hücumlarda, istərsə də Gəncəyə edilən hücumlarda hədəf obyekti ancaq mülki əhali və infrastruktur olmuşdur.BMT təhlükəsizlik Şurasının, Avropa Şurasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər beynəlxalq orqan və təşkilatların tələblərini pozan Ermənistan ordusu mülki əhali arasında kütləvi insan itkisinə səbəb oldu.Azərbaycan ordusu düşmənin bu çirkin əməllərinin cavabını döyüş meydanında layiqincə verdi!

Vətən Müharibəsində qələbə qazanmaq,düşmənin zəifliyini, "Məğlubedilməz Ermənistan ordusu" mifini məhv etmək üçün Şuşa şəhəri azad edilməli idi.Döyüşlərin ilk günündən etirbarən ordumuzun əsas məqsədi Şuşa şəhərini işğaldan azad etmək idi. Azərbaycan ordusu bu məqsədinə 8 noyabr tarixində çatdı. 8 noyabr 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində bildirdi-" Əziz Şuşa Sən Azadsan!!!". Bəl, artıq müharibənin taleyi həll olunmuşdu. Şuşanın azadlığından sonra düşmən 2 gündən artıq müqavimət göstərə bilmədi. 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı- "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının  Prezidentinin Bəyanatı" imzalandı.Bu müqavilə ilə Ermənistan Silahlı Qüvvələri təslim olduğunu bəyan etmiş oldu. Müqaviləyə əsasən  Azərbaycan ordusu 20 noyabrda  Ağdam  şəhərini, 25 noyabrda Kəlbəcər şəhərini ,Dekabrın 1-də isə Laçın şəhərini müqavimətsiz ,döyüşsüz  düşməndən azad etdi".

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31