Azərbaycan Minsk qrupunun göz yumduğu tarixi biabırçılığı aradan qaldırdı
3 Noyabr 2023 20:00 SiyasətBildiyimiz kimi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən "44 günlük Vətən müharibəsi" ndə müzəffər Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərərək Ermənistan tərəfindən işğal olunmus torpaqlarımızın mühüm hissəsini azad edərək öz şücaəti ilə tariximizə yeni bir tarix yazdi . Erməni talançıları isə arxalarına baxmadan bölgəni tərk etdilər. Lakin Ermənistan silahlı qüvvələrini əvəz edən erməni quldur dəstələri bu dəfə terror missiyasını öz üzərinə götürərək, dayanmadan təxribat əməllərini davam etdirdilər. Son bir neçə ayda müəyyən erməni silahlı quldur dəstələri Azərbaycan ordusunun mövqelərini sistemli şəkildə atəşə tutmaqla və quruda mina yerləşdirməklə gərginliyi artıraraq dövlətimizin müdaxiləsinə zəmin yaratdılar. Təbii ki bütün bunların qarşısında xalqımız susa bilməzdi. Dövlətimiz düzgün və münasib qərarla hərəkətə keçdi.Məqsədimiz ermənilərin Qarabağdakı quldur dəstələrini "de-fakto" tərksilah etmək idi və Ali Bas Komandanın əmri ilə ordumuz regionda Azərbaycanın suverenliyini bərqərar etmək məqsədilə antiterror tədbirlərinə başladı. 2023-cü il sentyabrın 19-da başlayan tədbirlər 24 saat (23 saat 43 dəqiqə) başa çatmadan, quldur dəstələri mərd igidlərimizin qarşısında duruş gətirə bilməyərək silahlarını yerə qoydular. Atəşkəsi qəbul edən separatçılar Bakı ilə masa arxasına oturdular. Dünyanın ən təcrübəli siyasətçisi, bundan sonra nələrin baş verəcəyini bilən Ali Baş Komandan İlham Əliyev Ermənistan administrasiyasının "məcburi köçkün" kimi müəyyən etdiyi Ermənistan vətəndaşlarının hüquqlarına zəmanət veriləcəyinə söz verdi .
Yaranmış vəziyyətdən sonra Qarabağda qanunsuz məskunlaşan erməni separatçıları öz yalanlarına dayanaraq "Artsax Respublikası" adlandırdıqları "anklav"ın ləğv ediləcəyini bəyan edilər . Yeri gəlmişkən, texniki terminlər olan "eksklav" və "anklav" terminlərini bilməyənlər üçün açıq şəkildə izah etməyə çalışacağam.Eksklav (fra. Exclave-dən) ərazisi siyasi mənsubiyyəti olduğu bölgə ilə coğrafi baxımdan bağlı olmayan və onunla bu region arasında başqa siyasi bölgə olan bir bölgədir. Anklav(fra. Anklavdan) ərazi bir ölkənin digər ölkə ilə əhatə olunmuş torpaq hissəsidir. Məsələn, Cənubi Afrika ilə əhatə olunmuş "Lesoto" "anklav" ərazisidir. Türkiyənin "eksklav" torpağı Suriyadakı "Kaber qalası"dır. İsveçrədə həmçinin iki "anklav" var: Bunlardan biri Almaniyaya məxsus "Büsingen" və İtaliyaya məxsus "Campione dchr("39")Italia"dır. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının eksklavıdır. Məhz buna görə də Qarabağdakı erməni separatçıları öz bəyanatlarında vəziyyətlərini beynəlxalq jarqonla izah etməyə ehtiyac duyaraq öz uydurmalarına dünyanın inanmasın istəyirdilər. Nə deyirdilər? Deyirdilər ki, biz "Anklav" torpağıyıq və Ermənistanla siyasi bağlıyıq. Onun mövcudluğunun səbəbini izah etməyə çalışdılar. Lakin onların dedikləri tamamilə yanlışdır və heç bir hüquqi əsası yoxdur. Çünki onların yerləşdiyi torpaq beynəlxalq hüquq və siyasət baxımından Azərbaycan ərazisidir. Ta qədimdən tarixin hər səhifəsində Qarabağda Azərbaycan igidlərin, sərkərdələrin adlarına rast gəlmək mümkündür. Tarixin daşlaşmış vərəqlərini açdiqca bütün həqiqətlər göz önünə səpilir. Hələ VI əsrdə Qarabağda Xəzərlər, Səlcuqlar, Eldənizlilər, Elxanilər, Qaraqoyunlular, Teymurilər, Ağqoyunlular, Səfəvilər, Avşarlar, Qacarlar hakim idi. Adını tarixə yazmış türk igidləri, türk ərəbləri yaşayıb bu yurdda.19-cu əsrdə ruslar erməniləri bölgəyə yerləşdirənə qədər Qarabağda demək olar ki, erməni yox idi, bölgə tamamilə türklərdən ibarət idi.Hətta erməni sovet siyasətçisi Anastas Mikoyan Leninə 1920-ci il 20 may tarixli məruzəsində ermənilərin Qarabağla heç bir əlaqəsinin olmadığını və buranın Bakıdan ayrılmamalı olduğunu bildirmişdi. 1923-cü il iyulun 24-də Dağlıq Qarabağ Muxtar Vilayəti elan edildi. O zaman Azərbaycanın idarəçiliyində yaradılan bölgəyə Cavanşir, Şuşa, Cəbrayıl, Zəngəzur və Qubadlının bir hissəsi daxil idi. Başqasına məxsus olanı oğurlamağı özlərinə ata - baba məsləyi seçən və sovet Rusiyası tərəfindən dəstəklənən ermənilərin Qarabağ istiqamətində fəaliyyəti 1970-ci illərin sonlarına doğru getdikcə artdı. Azərbaycan isə göz bəbəyi olan Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etdi. Lakin hər zaman öz havadarlarının gücünə arxalanan ermənilər dinc durmadılar və 1987-ci ilin son aylarında Qarabağda yaşayan həmvətənlərimizi köç etməyə məcbur edilməyə başlandı. Bununla da kifayətlənməyib 1988-ci il fevralın 21-də Qarabağın Ermənistana məxsus olduğunu bəyan etdi və fevralın 24-dən başlayaraq bu bölgədə yaşayan azərbaycanlılara təzyiqlər göstərməyə başladılar. Həmin ilin iyununda Ermənistan SSR Azərbaycan Ali Sovetinə Dağlıq Qarabağla bağlı müraciət etdi, lakin bu təklif rədd edildi. Üstəlik, bu təklif Moskva tərəfindən qəbul edilmədi. Bundan sonra bölgədə yaşayan ermənilər 1989-cu ildə Qarabağa gedən nəqliyyatı kəsib yollara mina bastiraraq xaincəsinə nəzarəti ələ keçirməyə başladılar. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi Milli Müdafiə Komitəsini yaradanda Ali Sovetin Rəyasət Heyəti Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqlədi. Lakin Sovet İttifaqı dağıldıqdan sonra 1992-ci ildə ruslardan dəstək alan ermənilər bütün dünyanın gözü qarşısında Qarabağda xüsusilə də Xocalıda insanlıq tarixinə qara ləkə kimi düşən , ağla belə gəlməyəcək vəhşiliklər törədərək bu torpaqları işğal yetmişdilər. Elan olunmamış və xaincə planlaşdırılmış bu müharibə nəticəsində soydaşlarımızın əksəriyyəti caniyla qanıyla bağlı olduğu ata-baba yurdundan qaçqın düşdü, minlərlə azərbaycanlı ermənilər ərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Çox təəssüf ki bütün bu olanlar dünyanın gözü qarşısında olsa da heç bir beynəlxalq təşkilat lazımi addımı atmaqdansa düz 30 il susdular. Lakin haqsızlıq qarşısında nə qədər səbr etmək olar? 2020 ilin payızında cəmi 44 günə qazandığımız zəfərdən sonra Qarabağda aparilan yenidənqurma işləri bu torpaqların əsl sahiblərinin kimlər olduğunu açıq aşkar göstərdi.
Antiterror əməliyyatında sonra bölgədə qanunsuz yaşayan ermənilər vaxtilə azərbaycanlilara qarsi etdiklərinin fərqinə vararaq Ermənistana miqrasiya etməyə başladı.31 il öncə Xocalıda yaşayan azərbaycanlılara qarşı etdikləri vəhşiliklərin əksinə Azərbaycan polisi millətimizə məxsus mərdliyi göstərərək köç edən ermənilərə çorək və su payladı. Köç edənlərdən məqsədli şəkildə alınan müsahibələr isə tarixi fakt olaraq lentə alındı. Bizim ana dilimizdə danışmağa çalişan hətta bizim inancimiza məxsus andlar içən "qonşumuz" öz danisiqlari ilə özləri -özlərini ifşa edərək hansi millətə mənsub olduqlarını bir daha sübut etdilər.
Doğrudur bu qələbəni sevinclə qarşılayanlar da oldu, həzm edə bilməyənlər də. Lakin bütün dünya bilməlidir ki, Azərbaycanın 2023-cü il sentyabrın 19-da Qarabağda başladığı və 24 saat ərzində başa çatan tədbirlərində ordumuz təkcə Qarabağı erməni terrorçu ünsürlərdən təmizləmədi . Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu eyni zamanda 26 fevral 1992-ci il tarixdə 106-sı qadın, 83-ü uşaq, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər qətlə yetirilən soydaşlarimizin qisasını alaraq 31 il sonra Xocalıya girməklə Minsk qrupunun illərdir görməzlikdən gəldiyi tarixi biabırçılığı da aradan qaldırdı. Bu gün Xankəndində ümumilikdə bütün Qarabağda qoyulan dəmir yumruq abidəsi isə düşmənlərimiz üçün göz dağı, dostlarımız üçün qürur abidəsidir.
İlahə Allahverdiyeva