Sahibə Qafarova Koreya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 2-də bu ölkə parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri SuhByunq Su və qrupunüzvləri ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunduğu görüşdə siyasi təmasların - yüksək səviyyəli səfərlərin, görüşlərin bu əlaqələrin daha da genişlənməsinə xidmət etdiyi bildirilib.

Spiker Sahibə Qafarova hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsindən, deputatların qarşılıqlı əməkdaşlığındanrazılığını bildirib, parlamentlərimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

SuhByunq Su Milli Məclisin sədri Sahibə Qafarovanın bu səfərinin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib, özünün Azərbaycana səfərləri və xoş təəssüratları barədə danışıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə və parlamentlərimiz arasında münasibətlərin daha da inkişafına dair fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31