Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbyönlü ölkə olacağı gerçəyi hər zaman blef olub - ÖZƏL
2 Noyabr 2023 15:17 Siyasət"Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbyönlü ölkə olacağı gerçəyi hər zaman blef olub. Ermənistanda kimlərsə bunu arzulaya bilər, amma onda gərək Ermənistanı da özü ilə götürüb Qərbə apara. Coğrafiya talehdir deyimi unudulması mümkün olmayan reallıqdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Ermənistanın Paşinyan hakimiyyəti Rusiya ilə Qərb arasında manevr etməklə onlardan nəsə qoparmağa çalışır:
"Qərbyönlü Paşinyan hakımıyyətının Rusiya ilə mal dövriyyəsi dəfələrlə artıb. Ermənistan Qərblə müvəqqəti həzz üçün Rusiyaya yox deyə bilməz. Rusiya onsuz da Ermənistandadır. Bacardığını Ermənistana verir. Niyə də buna əlavə olaraq imkanlı Qərb Ermənistanı da saxlamasın. Ermənistan ələ baxmağa öyrənmiş ölkədir axı. Rusiya Ermənistana nə deyir ki? Qərbçilik oynamaq istəyirsən, nə qədər istəyirsənsə oyna. Zatən bu oyunun nəticəsini gördü. Azərbaycan ona bunu başa saldı. Artıq Ermənistanın kimsə arasında seçim etmək, oynamaq üçün halı qalmayıb. Ona görə də sakitləşib. Amma Qərbin başını qatan Ukrayna və Yaxın Şərq müharibəsinin nəticəsinə görə Ermənistana yeni vədlər verilə bilər".