Kanadanın bu prosesə qoşulması ciddi mətləblərdən xəbər verir - ÖZƏL
2 Noyabr 2023 14:47 Siyasət"Təəssüf ki, bu gün də bir sıra Qərb dövlətləri bölgəmizə sülhün gəlməsinə mane olacaq addımlar atmağa, açıqlamalar verməyə davam edirlər. Bu ölkələrin başında Fransa dursa da bu gün Kanadanın da bu prosesə qoşulması ciddi mətləb və təxribatlardan xəbər verir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Əslində Ermənistan sülhə hazır olduğunu bildirsə də reallıqda imitasiya ilə məşğuldur. Paşinyanın sülhə hazırıq açıqlamaları həm də Azərbaycanı hədəf gətirmək məqsədi daşıyır. Ermənistan Qərbə mesaj vermək istəyir ki, biz sülhə hazırıq, ancaq Azərbaycan hazır deyil, müharibəyə hazırlaşır. Bu da Ermənistanın əslində ölkəmizə qarşı yeni təxribatlar planlaşdırmasından xəbər verir. Fransanın, eləcə də Ermənistanın digər havadarlarının bütün cəhdlərinə baxmayaraq Azərbaycan sona kimi haqqlı mübarizəsini davam etdirəcək. Beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycan ərazisidir və biz heç kimin torpağını işğal etməmişik".