44 günlük müharibə təkcə cəbhədə deyil, siyasi arenada da davam edirdi - ÖZƏL
2 Noyabr 2023 14:43 Siyasət"II Qarabağ Müharibəsi zamanı xalq birliyi təkcə 10 milyon əhali ilə kifayətlənmədi, xaricdə yaşayan həmvətənlərimiz də dövlətimizin, millətimizin yanında olduğunu göstərdi".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən ictimai fəal Ramil Mehdilinin sözlərinə görə, soydaşlarımız müxtəlif ölkələrdə Ermənistanın müharibə cinayətlərinə dair aksiyalar keçirir, dünya ictimaiyyətini məlumatlandırırdılar:
"Müharibə hər ötən gün bizi böyük qələbəyə yaxınlaşdırırdı. 44 günlük müharibə təkcə cəbhədə deyil, siyasi arenada da gecə-gündüz durmadan davam edirdi. Bir çox dünya ölkələrinin, beynəlxalq təşkilatların atəşkəs çağırışı Prezidentimiz tərəfindən rədd edilir, işğal faktoru bitdiyi anda sülh olacağı bildirilirdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31