Madat Babayan tək deyil - ÖZƏL

Şübhəsiz ki, erməni terrorçularından bir çoxu antiterror tədbirləri zamanı ələ keçirilib
"Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı aktlarını törədənlərdən biri - Madat Babayan saxlanılıb və törədilən cinayətlərdən tutmuş kütləvi məzarlığın yerinə qədər bildiyi hər şeyi etiraf edib". Bunu "Olaylar"a deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Babayan sentyabrında keçirilən antiterror tədbirləri zamanı həbs edilib, lakin onun saxlanıldığı və etirafları rəsmi olaraq indi yayılır: "İstisna deyil ki, 90-cı illərdə azərbaycanlılara qarşı qətliamlar törətmiş erməni terrorçularından bir çoxu antiterror tədbirləri zamanı ələ keçirilib və bu haqda məlumatlar istintaq prosesində tədricən ictimaiyyətə açıqlanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31