Qəzzadan çıxarılacaq azərbaycanlıların sayı məlum oldu - RƏSMİ
2 Noyabr 2023 14:33 SiyasətQəzza zolağınıdan çıxarılacaq azərbaycanlıların sayı məlum olub.
Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, 8 azərbaycanlı Qəzza zolağından çıxarılacaq.
Xatırladaq ki, Qəzza zolağının Sərhəd Mühafizəsi noyabrın 2-də Misirlə sərhəddəki "Rəfah" keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcək təxminən 600 nəfərin adı olan siyahı dərc edib. Siyahıda dərc edilən 596 xarici vətəndaşın 400-ü ABŞ vətəndaşıdır. Siyahıda, həmçinin, Azərbaycan, Belçika, Bəhreyn, Niderland, Macarıstan, İsveçrə və Cənubi Koreya vətəndaşları da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31