İlham Əliyevin məharətli sərkərdəliyi ilə Azərbaycan Ordusu möhtəşəm Zəfərə imza atdı
3 Noyabr 2023 12:30 SiyasətAzərbaycan xalqı 30 il idi ki, Zəfər Qələbəsini əldə etmək üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Nəhayət Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları bu əmrin verilməsi və işğalçılara qarşı qətiyyətli mübarizəsinin əsası oldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. "Dəmir yumruq" əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Beləliklə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Milli Məclisin üzvü Məşhur Məmmədov qeyd edib ki, tarix boyunca liderlər dövlətin və xalqın gələcək taleyinin müyyən olunmasında müstəsna rol oynayıb və bu gün də oynamaqdadır: "Bugünkü mürəkəkəb qlobal geosiyasi böhranların hökm sürdüyü bir zamanda uzaqgörən, müdrik bir liderin olması bəlkə də əvvəlki illərdən daha çox vacibdir. Çünki xalqı və dövləti üzləşdiyi belə mürəkkəb böhranlı vəziyyətdən ancaq bacarıqlı lider çıxara bilər. Xoşbəxtlikdən Azərbaycan xalqının və dövlətinin şansı bu baxımdan gətirib. Cənab Prezident İlham Əliyev kimi bir liderin rəhbərliyi altında Azərbaycan müasir dünyada hökm sürən qlobal maliyyə-iqtisadi böhranlardan və mürəkkəb geosiyasi proseslərdən uğurla çıxıb qələbələrə imza atmaqdadır". Onun sözlərinə görə, cənab İlham Əliyev Azərbaycanda rəhbərliyə gəlişi ilə ölkəmiz sıçrayışlı inkişaf mərhələsinə qədəm qoydu: "Cənab İlham Əliyev Azərbaycanın qarşısında duran bütün problemləri və onun həlli yollarını yaxşı bilirdi. İlham Əliyev praqmatik və rasional təfəkkürlü lider olaraq qarşısına qoyduğu ən mühüm vəzifə müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyətin yaradılması idi. O, hansı addımı necə və nə zaman atacağını yaxşı bilirdi. Onun istəyi genişmiqyaslı siyasi, iqtisadi və sosial islahatlar həyata keçirməklə Azərbaycanın dayanıqlı inkişafını təmin etmək, güclü ordunun formalaşmasına nail olmaq idi. Bu məqsədlə ölkə daxilində genişmiqyaslı islahatlarla yanaşı, qlobal çağırışların tələblərinə uyğun olaraq yerləşdiyimiz coğrafiyanın verdiyi imkanlardan maksimum faydalanıb Azərbaycanın beynəlxalq aləmdə güclü və nüfuzlu bir dövlətə çevrilməsi istiqamətdə uzaqgörən, qətiyyətli, cəsarətli siyasət yürütdü. Cənab Prezidentin yürütdüyü zərgər dəqiqliyi çoxgedişli siyasi kombinasiyaları nəticəsində Azərbaycan nəinki enerji və logistik bir qovşa, həmçinin yeni dünya düzənin formalaşmasında ciddi aktora çevrildi. Sonucda yürüdülən siyasət nəticəsində Azərbaycan həm iqtisadi və ordu, həm də nüfuz baxımdan dünyanın güclü dövlətlərindən birinə çevrildi".
Deputat əlavə edib ki, yürüdülən bütün bu siyasətin qayəsini Azərbaycan xalqının son 30 ildə narahat edən erməni işğalına son verilməsi dayanırdı: "2020-ci il sentyabrın 27-də o gözlənilən an yetişdi. Ali Baş Komandan İlham Əliyevin məharətli sərkərdəliyi altında Ordu Azərbaycanın müasir tarixinə qızıl hərflərə yazılan möhtəşəm Zəfərə imza atmış oldu. Azərbaycan Ordusunun müasir hərb texnologiyasından məharətlə istifadə edərək, həmçinin beynəlxalq müharibə konvensiyalarına uyğun dinc əhaliyə və obyüktə ziyan vurmadan yüksək peşəkarlıqla həyata keçirdiyi hərb əməliyyatları müasir hərb tarixinə şanlı tarix kimi düşdü. Cəmi 44 gün ərzində işğal altında olan Fizulu, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa işğaldan azad edilərək düşmən diz çökdürüldü. Ağdam, Laçın, Kəlbəcər isə canlı itki vermədən azad edildi. Bununla da Azərbaycan ərazi bütövlüyünü təmin edib dünya erməniçiliyi üzərində parlaq Zəfər qazandı".
Onun bildirdiyinə görə, qalib olmasına baxmayaraq Azərbaycan qarşı tərəfə sülh əlini uzatdı, ancaq uzadılan sülh əli yenə də geri qaytarıldı: "Erməni tərəfi hər vasitə ilə sülhü pozmaq üçün təxribatlara əl atdı, Bakı isə həmin təxribatlara layiqincə cavab verib, qarşı tərəfi bunun daha ağır bədəli olacağı ilə bağlı xəbərdarlıq etdi. Bakı çox dedi, İrəvan az eşitdi. Nəhayət 19 sentyabr 2020-ci ildə səbr kasası dolan Azərbaycan antiterror tədbrilərinə əl atmaq zorunda qaldı. Düşmən heç 24 saat Azərbaycan ordusu qarşısında tab gətirə bilmədi. Nəticədə 20 sentyabrda antiterror tədbrilərirnin başlamasından 23 saat 51 dəqiqə sonra ağ bayraq qaldırmaq məcburiyytində qaldı. Bununla da Müzəffər Ali Baş Komandanın məharətli siyasəti nəticəsində yüz il davam edən və dünyanın ən mürəkkəb münaqişələrindən biri olan Qarabağ problem birdəfəlik həllini tapdı. 15 oktyabr 2023-cü ildə isə Xankəndində Azərbaycan bayrağı ucaldımaqla buna son nöqtə qoyuldu. Azərbaycanın bu zəfərləri heç də asan başa gəlmədi. Bütün bu qələbələr cənab Prezidentin böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə hesablaması nəticəsində mümkün oldu. Əminəm ki, cənab Prezidentin liderliyi altında Azərbaycan çoxsaylı qələbələrə imza atacaq. Qarabağ və Şərqi Zəngəzur ən qısa zamanda dünyanın inkiaf etmiş bölgələrindən birinə çevriləcək. Azərbaycanın gücünə əlavə güc qatacaq".
Alim