Ordu-xalq birliyi Zəfər Qələbəsini təmin etdi - ÖZƏL
2 Noyabr 2023 12:49 Siyasət"Ermənistanın vaxtaşırı törətdiyi bəd əməllərin davamı olaraq 2020-ci ilin sentyabr ayının 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı". "Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayevin sözlərinə görə, həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi: "Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, haqq yerinə düşdü, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi".