Vətəndaşlar tərəfindən xeyli silah-sursat təhvil verilib - Elşad Hacıyev
2 Noyabr 2023 11:01 SiyasətArtıq bir neçə gündür vətəndaşlar gizlədilən döyüş silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verir, yaxud ünvanları göstərirlər.
Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
"Proses dünən də davam edib, xeyli silah-sursat təhvil verilib. Təqdirəlayiq haldır. Çağırışımıza ehtiramla yanaşan vətəndaşlara təşəkkür edirik", - E.Hacıyev vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31