Ölkəmiz nəinki regionda, eləcə də beynəlxalq aləmdə tamamilə yeni bir reallıq yaratdı - ÖZƏL

"Cənab Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır" çağırışı ilə böyük Zəfərə aparan diplomatiyası Azərbaycanın dünya birliyi tərəfindən qüdrətli bir ölkə kimi yenidən kəşf olunmasına gətirib çıxardı. Bu qələbənin istər hərbi, istərsə də diplomatik aspektləri hazırda dünya ekspertləri tərəfindən ciddi şəkildə araşdırılmaqdadır".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Lütvəli Şıxəliyev səsləndirib. O bildirib ki, ölkəmiz nəinki regionda, eləcə də beynəlxalq aləmdə tamamilə yeni bir reallıq yaratdı:

"Bu diplomatiya Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin və diplomatik uğurlarının davamı və bir daha təsdiqi idi".

Hakim partiya rəsmisi deyib ki, beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin beynəlxalq təşkilatların qətnamə və qərarlarına uyğun olaraq, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad edəcəyi ümidi ilə Azərbaycan 30 ilə yaxın danışıqlar prosesinə sadiq qalmışdır:

"Keçmiş münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində Azərbaycanın sərgilədiyi mövqe prinsipial xarakter daşımaqla beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmış və uzun illər ərzində davam edən proses çərçivəsində dəyişilməz qalmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31