Azərbaycan ona məxsus olan hər şeyi əldə etməyə qadirdir - ÖZƏL

Tarixi zəfər ayına qədəm qoymuşuq. Əlamətdar günü, İkinci Qarabağ müharibəsində tarixi qələbəmizi özündə ehtiva edən o qürurlu, şərəfli tarixdən bizi sayılı günlər ayırır. Azərbaycanın 44 günıük Vətən müharibəsindəki qələbəsindən 3 il keçir. Ötən 3 ilə dönüb baxanda Azərbaycanın bu 3 ildə 300 ilə bərabər bir yol qət etdiyi, tarix yaratdığını görürük. Sevindirici hal ondan ibarətdir ki, ölkəmizin qələbələri, uğurları durmadan davam edir, yeni-yeni zəfərlər əldə edilir. Təbii ki, öz ərazilərimiz, sərhədlərimiz daxilində, ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etmək çərçivəsində.

"OLAYLAR"-ın xəbərinə görə, ötən 3 il ərzində baş verənlərə diqqət çəkən "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı deyib ki, Azərbaycan öz gücü, siyasi iradəsi və uğurlu diplomatik gedişləri ilə ötən 3 il ərzində 100 illərə bərabər işlər görərək tarixə adını qızıl hərflərlə yazıb:

"Hələ İkinci Qarabağ  müharibəsi başlayan zaman çoxları iddia edirdi ki, Azərbaycan yenə də bir neçə kəndi azad edib dayanacaq, torpaqlarımızı tam olaraq işğaldan azad etməyəcək. Ancaq Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyev bütün bu iddiaları alt-üst etdi. Çünki 2016-cı ilin aprel hadisələri, eləcə də Tovuz hadisələri zamanı üzləşdiyimiz proseslər, Ermənistanın hər iki lokal qarşıdurma zamanı Azərbaycandan atəşkəs istəməsi, problemi danışıqlar masasında həll etmək tərəfdarı olduğu görüntüsü yaratması, sonradan danışıqlardam yayınması üçüncü dəfə eyni səhvə yol verməyimizi qeyri-mümkün edirdi".

Arzuman Muradlı deyir ki, proseslər o cür də oldu və Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı ilə şəhər və rayonlarımızı, ən sonda Şuşanı düşməndən azad etməklə tarixi zəfərə imza atdı. "Şuşanı azad etmədən bizim işimiz yarımçıq qalmış olar" deyən Ali Baş Komandan Azərbaycan mədənuyyətinin incisini düşməndən təmizləməklə xəyalları gerçək, arzuları çin etdi".

Arzuman Muradlı deyib ki, üçtərəfli bəyanatdan keçən 3 ilə yaxın müddətdə Ermənistan tərəfi onun şərtlərinə əməl etmədiyi üçün Azərbaycan yenidən öz güücü, potensialını ortaya qoymalı oldu:

"Nəhayət, sentyabrın 19-da 1 sutka belə çəkmədən antiterror tədbirləri həyata keçirməklə ərazi bütövlüyümüzü tamamilə bərpa etmiş oldu. Bununla da Ali Baş Komandan və onun müzəffər ordusu "Rusiya Xankəndini Azərbaycana verməz" mifini tamamilə dağıtmış oldu. Xankəndidə Azərbaycan dövlətinin idarəçiliyi bərpa edilməklə Ali Baş Komandan, Cənab İlham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan gec-tez ona məxsu olanı əldə edəcək. Necə ki, işğal altında olan şəhər və rayonlarımzı azad etdi, eləcə də Xankəndini separatçılarldan təmizləyərək orada idarəçiliyi bərpa etdi".

İctimai birlik sədri deyib ki, hazırda Azərbaycan bütün azad edilmiş ərazilərdə geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirir və Qarabağa yeni bir nəfəs gətirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31