Heydər Əliyevin milli dövlətçilik təlimində hüquq və insan haqları məsələsi

"Demokratik prinsiplər mənim həyatımın mənasını təşkil edir və bundan sonra demokratiya bizim dövlətimizin əsasını təşkil edəcəkdir... Hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməlidir. Ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir".
 
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri
 
Heydər Əliyevin milli dövlətçilik təlimində hüquq və insan haqları məsələsi

2023-cü ildə Azərbaycan xalqı- dünya azərbaycanlıları dahi şəxsiyyət, Ümummilli Liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimimiz Heydər Əliyevin anadan olmasının 100 iliyini minnətdarlıq və qürur hissi ilə qeyd edir.

Dövlət Başçısı cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə qərara almışdır.
Azərbaycan Respublikasında 2023-cü ili "Heydər Əliyev İli" elan edilmişdir.
Azərbaycan dövlətçilik tarixinə nəzər salsaq aydın şəkildə görərik ki, Heydər Əliyev parlaq şəzsiyyəti ilə digərlərindən öz müstəsna həyat fəaliyyəti ilə seçilmiş və haqlı olaraq xalqın əbədi sevgisini qazanmışdır.
Heydər Əliyevin fərqləndirən ən başlıca xüsusiyyətlərdən biri hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması məsələsidir.
Ölkəmizə rəhbərlik etdiyi hər iki dövr, yəni sovetlər (1969-1982) və müstəqillik (1993-2003) illərində bu prinsipial mövqe olmuşdur.
Çünki, bunlar həm insan hüquq və azadlıqları baxımından, həm də beynəlxalq aləmə inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edən amillərdir.
Azərbaycan SSR-na rəhbərliyi dövründə Konstitusiyaya əlavə və dəyişikliklərdə milliliyi ön plana çəkməsi, ələlxüsus Ana dili məsələsini açıq-aşkar qabartması bariz nümunədir. 
Eləcə də ən mürəkkəb tarixi şəraitdə hakimiyyətə gəldikdən sonra hüquqi dövlət quruculuğu prosesinə başlaması bunları əyani təsdiq edir.
Vaxtında atılan uzaqgörən və müdrik addımların sayəsində müasir Azərbaycan Respublikası dünyada ən sivil və demokratik ölkələrdən biri kimi nümunəyə çevrilib.
Bu xüsusda, Regionun lokomotivi hesab olunur.
Son 30 illik müddətə nəzər yetirsək Azərbaycanın dövlət institutlarının inkişaf səviyyəsi və beynəlxalq reytinqinin dinamikasının yüksələn xəttlə inkişafını görə bilərik.

1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsində (referendum) qəbul edilmiş və 27 noyabr tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiyasında hüquqi dövlətçilik, insan hüquq və azdlıqlarının qorunması prinsipial məsələ kimi öz əksini tapmışdır.
Ümumilikdə Peambula, 12 fəsil və 158 maddədən ibarət bu Ana qanunumuzda əsas prioritet "- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək" olmuşdur.
Elə milli Konstitutsiyanın bazasında yaranan, qəbul edilən bütün normativ hüquqi aktlarda öz mahiyyət və əhəmiyyətini bu istiqamətdə qoruyub saxlamışdır.

Bütün sadalanan faktlar deməyə rəvac verir ki, Heydər Əliyev fenomeni Azərbaycan və azərbaycanlılar üçün əvəzolunmaz və əbədiyaşarlıq simvoludur.
Öz mükəmməl əməlləri ilə dövlətimizin və xalqımızın yaddaşına öz imzasını qızıl hərflərlə həkk etmişdir.
Möhtərəm cənab Prezidentimizin müvafiq Sərəncamda qeyd edildiyi kimi, "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".
Bəli, bu mübaliğəsiz və müzakirəsiz belədir. Azərbaycan var olduqca, xalqımız yaşadıqca Heydər Əliyev şəxsiyyəti və ideyaları var olacaq, yaşayacaqdır.
Bu ad-san bizim qürur mənbəyimizdir. Tarixi irsimizdir.
Bir faktıda vurğulamaq yerinə düşər ki, bugünkü qalib və yüksələn Azərbaycanın güclənməsi və modernləşməsində onun adını daşıyan Heydər Əliyev Fondunun xidmətləri danılmazdır.
Dahi öndərin layiqli davamçısı müzəfgər Prezidentimiz cənab İlham Əliyevin və onun tandemi olan Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın səyləri əvəzolunmazdır.
Sonda milli fəxarət hissi ilə söyləyə bilərik ki, Heydər Əliyevin unikal dəsi-xətti ilə ölkəmiz daim irəliləyəcək, çiçəklənəcək və örnək olacaqdır.

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov 
"Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi" adlı məqaləsində yazdığı kimi, "Heydər Əliyevin hüquqi dövlət quruculuğunda zəngin irsinə nəzər salarkən Uinston Çerçilin sözlərini xatırlatmaq olar: "dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsli düşünür". Bu sözlər sanki Azərbaycanın sabahını, xalqımızın rifahını daim düşünən ümummilli liderimiz Heydər Əliyev haqqında deyilmişdi".

Öz fəaliyyətimi Heydər Əliyev məktəbinin sıravi müdavimi kimi davam etdirərək bu yolda xidmət göstərməyi özümə borc hesab edirəm.

Sevinc Paşayeva

Bakı şəhər 5 saylı Notariat Kontorunun hüquqşünası
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31