Xaçatryanın növbəti məhkəməsi başa çatıb
1 Noyabr 2023 12:46 SiyasətBu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Olaylar.az-ın məlumatına görə, iclasda zərərçəkmişlər iştirak edib və V.Xaçaturyanın törətdiyi cinayət əməlləri, dinc sakinlərə qarşı törətdiyi vəhşiliklər haqqında danışıblar.
Daha sonra fasiıə elan edilib.
Fasilədən sonra hakim bildirib ki, bir şahid müəyyən səbəblərə görə iclasda iştirak edə bilmir.
Ona görə də məhkəmə iclası təxirə salınıb və növbəti məhkəmə iclası noyabrın 6-da keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31