Ermənistanın Qarabağı könüllü tərk etmiş ermənilərə görə Azərbaycandan konpensasiya almaq istəyi - ÖZƏL
1 Noyabr 2023 12:28 Siyasət"Öz xoşları ilə Azərbaycan ərazilərindən gedən ermənilərin hamısı başqa ölkələrin vətəndaşları olub. Onlar buna baxmayaraq beynəlxalq səviyyədə Azərbaycan ərazisi hesab edilən ərazilərdən əmlaka sahib olublar. Bu, onların günahı olmayıb. Bu, hansısa qondarma "dövlət hesab edilən" qurumların fəaliyyətinin nəticəsi olub ki, həmin insanları bu hərəkəti etməyə inandıra biliblər və onları aldatmaq yolu ilə dələduzluq ediblər. Azərbaycan kimsəyə deməyib ki, gəlib onun ərazisindən əmlak alsın. Bu, onların öz aralarında həll ediləcək problemlərdir və Azərbaycanın bunda günahı yoxdur. Bir məsələ isə həll edilməlidir. Bu da Sovet İttifaqı dağılana qədər ərazidə yaşayan və həmin dövrlər Azərbaycan ərazisi hesab edilən ərazilərdə yaşayan erməni əhalinin əmlakının olması məsələsidir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Ermənistanın Qarabağı tərk etmiş ermənilərə görə Azərbaycandan konpensasiya almağa səy göstərməsini şərh edərkən səsləndirib. O deyib ki, bu faktlar dıqiqləşdiriıməlidir:
"Bunların siyahısı çıxarılmalıdır. Həmin erməni əhalinin geri qayıtmaq istəyənləri üçün müəyyən tələb olunan şərtlər əsasında geri qayıtması təklif edilməlidir. Azərbaycanın şərtlərini qəbul edənlər geri qayıtmalı, qəbul etməyənlərin isə kateqoriyalarına baxılmalıdır".
Azər Qasımov qeyd edib ki, əgər bu erməni mülikiyyətçilər bu illər ərzində Azərbaycan əleyhinə hüquqi cinayətlər törədiblərsə, onların əmlakı dövlət lehinə məhkəmə qərarı ilə müsadirə edilməlidir:
"Yox, əgər hansısa qeyri-hüquqi fəaliyyəti olmayıbsa və geri qayıtmaq istəmirlərsə, onlara dövlət tərəfindən müəyyən edilmiş təzminat verilə bilər".