Rusiya hərbi texnikasını təmir adı altında Qarabağdan çıxarır - ÖZƏL

"Sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonu ərazisində rotasiyası başa çatır, hərbi texnika planlı təmir üçün Rusiyaya göndərilir". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin bu məlumatından iki nəticə çıxır: "Birincisi, rotasiya sülhməramlıların nəzarət zonası və postların ləğv edilməsinin başa çatması deməkdir. 20 sentyabra qədər mövcud olan nəzarət zonasında dayanan kontingent silahların mühafizəsi məqsədilə yaradılan postlara köçürülür.
İkincisi, Rusiya Qarabağda mövcud olan hərbi texnikasını təmir adı altında çıxarır və çıxarılan texnikanın geri qaytarılmayacağı da bəllidir. Sülhməramlıların fəaliyyəti rəsmi olaraq başa çatmadığı üçün texnikanın çıxarılması da bu ad altında həyata keçirilir. Çıxarılan texnika arasında separatçıların ruslara təhvil verdiklərinin olduğu da istisna deyil və mümkündür ki, Azərbaycan ordusunun nəzarətinə keçən silah-sursat isə antiterror tədbirləri zamanı ələ keçirilənlərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31