Azərbaycan yaşıl gündəliklə bağlı hədəflərə doğru inamla addımlayır - ÖZƏL

"Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasında Azərbaycanın qazandığı uğurlar biri-birini əvəzləyir. Avropanın enerji təhlükəsizliyində öz sözünü deyən Azərbaycan bu sahədə dövrün çağırışlarına cavab verən daha bir uğura imza ataraq dünyanın diqqət mərkəzinə çevrildi". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Qalib Azərbaycanda oktyabrın 26-da MDB məkanında ən böyük günəş elektrik stansiyasının - 230 MVt gücə malik Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi həyata keçirildi.  Cəmi 1 il əvvəl 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə enerji layihələrinin reallığa çevrilməsində əhəmiyyətli rola malik olacaq. Belə ki, açılış mərasimi çərçivəsində üç investisiya sazişinin -imzalanması Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə doğru inamla addımladığını nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31