Azərbaycana hansı sahədən baxsaq Heydər Əliyevin xidmətlərinin ölçüyəgəlməzliyini görərik - ÖZƏL
1 Noyabr 2023 10:47 Siyasət"Ulu Öndər üçün ən vacib sahələrdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub". "Olaylar" xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir" mövzusunda keçiriliən tədbirdə deyib: "Ölkəmizdə səhiyyənin qanunvericilik bazası təkmilləşdirilmiş, səhiyyə obyektləri şəbəkəsi genişləndirilmiş, yüzlərlə tibb müəssisələrinin yenidən qurulması, bu sahənin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Bu gün Azərbaycana hansı sahədən baxsaq Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin ölçüyəgəlməzliyini görərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31