ABŞ Yaxın Şərqdə yeni geosiyasi qarşıdurmaya hazırlaşır - ÖZƏL

"ABŞ Yaxın Şərqdə yeni geosiyasi qarşıdurmaya hazırlaşır. Əsas strateji planı  İranı Suriyadan, Livandan və Ərəbistan yarımadasından çıxarmaqdan ibarətdir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, artıq ABŞ bu istiqamətində hərbi qüvvələrini cəmləşdirir: "İsrail-Həmas qarşıdurması yeni bir siyasi mərhələnin başlanmasına gətirib çıxarır. Nəticədə İran Yaxın Şərqdən çıxarılacaq. Qərbin İsrailə tam dəstəyi də bu kontekstdədir. Suriyada, Livanda və Qəzza zolağında İranın dəstək verdiyi proksi qüvvələrə qarşı əməliyyatlar genişlənəcək. Türkiyə Yaxın Şərqdə baş verənlərdən kənarda durmaq istəmir. Ona görə də prezident Rəcəb Tayyib Ərdoğan Fələstinlə bağlı doğru strategiya ortaya qoyur. ABŞ Yaxın Şərqə yenidən qayıtmaq strategiyasını reallaşdırır. Səudiyyə Ərəbistanı, Misir, körfəz ölkələri də ABŞ dəstəkləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31