Qarabağdakı Rusiya sülhməramlılarının rotasiyası başa çatır
31 Oktyabr 2023 21:27 SiyasətAzərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya kontingentinin rotasiyası başa çatır.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi texnika planlı təmir üçün Qarabağdan Rusiyaya göndərilib.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31