Kanadanın ölkəmizə qarşı mövqeyinin arxasında eyni niyyət durur
31 Oktyabr 2023 11:46 Siyasət"Kanadanın Azərbaycana qarşı həddini aşan açıqlamasıyla yumşaq desək, təmsil etdiyi ölkə və özü haqqda heç də yaxşı təəssürat yaratmayan xarici işlər naziri Melani Coli Ermənistanda peyda olan vaxt ABŞ-la Avropa Birliyinin İrəvandakı səfirləri Qərbi Zəngəzura təşrif aparmışdılar. Onlar da orada haylar üçün təsəlli sayıla biləcək xeyli fikirlər səsləndirdilər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, ABŞ səfiri hətta Azərbaycana böhtan atmaqdan da qalmadı: "Aydındır ki, bu sinxronluğun arxasında eyni mərkəz, eyni niyyət durur. Və orası da aydındır ki, o mərkəzdəkilər səlibçi zehniyyəti daşıyıcıları olsalar da, Ermənistana verdikləri dəstək din təəssübkeşliyindən, yaxud da haylara sevgilərindən irəli gəlmir".