Vitse-spiker "Zəfərə doğru" idman zalının açılışında iştirak edib - ÖZƏL

Millət vəkili, Milli Məclis sədrinin müavini Adil Əliyev Binə qəsəbəsində şəhid İman və Bəhrəm Məmmədzadələrin əziz xatirələrinə həsr edilmiş "Zəfərə doğru" idman zalının açılışında iştirak edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı qəhrəmancasına şəhidlik məqamına ucalmış igid Vətən övladlarının xatirəsinə həsr edilmiş idman zalı gənc nəslin fiziki hazırlığının artırılmasında müstəsn rol oynayacaqdır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər və idman siyasəti bu gün öz bəhrəsini verməkdədir. İkinci Qarabağ müharibəsi, "Qisas", "Antiterror" və başqa hərbi əməliyyatlar zamanı Azərbaycan gəncliyi üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəldi. Bundan sonra da gənclərimizi vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı yetişdirməli və onların fiziki hazırlıqlarına xüsusi önəm verməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31