"Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır”
30 Oktyabr 2023 23:19 SiyasətErmənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün "X" səhifəsində Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ana Badalyanın iddialarına cavabında bildirib.
"Bu, başqa bir saxtakarlıq və bacarıqsızlıq nümayişdir. Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır", - Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, Ermənistan XİN sözçüsü guya Azərbaycan ordusunun antiterror tədbirləri zamanı əziyyət çəkən şəxslərin "statistika"sını açıqlayıb.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31