Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə yola düşüb

30 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə Olaylar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31