Paşinyanda "sülhsevərlik xəstəliyi" artıq xroniki hal alır - ÖZƏL
30 Oktyabr 2023 14:46 Siyasət"Göründüyü qədərilə Ermənistanın Baş nazirinin "sülhsevərlik xəstəliyi" artıq xroniki hal alır. Başlarına dəyən "dəmir yumruq" onların beynindəki Türk düşmənçiliyi xəstəliyini müalicə edib deyəsən. Paşinyan sülhdən danışmaqdan axırda Nobel sülh mükafatı" alacaq".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov erməni baş nazirin bu gün sülh müqaviləsi barədə səsləndiridyi fikirlərə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, bu, erməni məkiridir:
"Sülh istəyən silah müqavilələri imzalamır. Azərbaycan isə öz işini yaxşı bilir. Bizim tələsən yerimiz yoxdur. Bundan sonra Ermənistan adlı yerin varlığı bizi az maraqlandırır. Onlarla sülhün olub-olmaması Azərbaycanın tələblərinə əməl etdikdən sonra olacaq. Bunun üçün Azərbaycan Prezidentinin nə vaxt sərbəst vaxtı olacağı və bu məsələlərlə maraqlanacağı zaman məsələsidir".
Politoloq deyib ki, Azərbaycanın indi daha qlobal məsələlərə başı qarışıb:
"Beynəlxalq nəqliyyat məsələləri, beynəlxalq proyektlər, yeni tikinti-quruculuq işlərindən vaxtımız olsa, Ermənistan adlı ərazidə yaşayan ermənilərin də problemlərinə vaxt ayıracağıq. Amma bunun üçün onlar normal ağıla gəldiklərini bizə isbat etməlidirlər. Əks halda Azərbaycan Ermənistanın varlığını tamamı ilə unudacaq. Ermənistan isə dalan olmağa davam edəcək".