Azad edilmiş ərazilərdə daha 81 mina aşkarlandı
30 Oktyabr 2023 12:04 SiyasətAzərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ötən həftə ərzində (23 oktyabr -29 oktyabr ) işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-nın mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, ötən həftə ərzində Tərtər, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb.
Əməliyyatlar zamanı 25 ədəd piyada və 56 ədəd tank əleyhinə mina, 2427 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib.
Ümumilkidə 616, 3 ha ərazi yoxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31