Energetika sektorunda aparılan siyasət və qazanılan uğurlar - ÖZƏL
30 Oktyabr 2023 11:43 SiyasətAzərbaycanın zəngin yeraltı və yerüstü sərvətləri, malik olduğu enerji resursları ölkəmizə qlobal miqyasda olan marağı getdikcə artırır. Dünyanın əksər ölkələri demək olar ki, Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Bu əməkdaşlıq emerji sektorunda özünü daha qabarıq şəkildə büruzə verir. Elə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də bu qənaətdədir. O bildirib ki, energetika sektorunda aparılan siyasət, görülən işlər və qazanılan uğurlar xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursuna sədaqətlə xidmət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu inkişafının və əldə olunan qələbələrin arxasında böyük işlər və ağır zəhmət dayanır:
"Azərbaycanın "yaşıl" artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı "yaşıl enerji" zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür. Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də "yaşıl" enerji istehsalı və ixracının mənbələri qismindədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır".
Hakim partiya rəsmisiu deyib ki, hazırda beynəlxalq enerji şirkətləri - "Masdar", "ACWA Power" və "bp" ilə ümumi gücü 710 MVt olan külək və günəş enerjisi layihələri həyata keçirilir.