Qəhrəmanlarımızın keçdiyi döyüş yolu gənclərimizə örnəkdir - ÖZƏL
30 Oktyabr 2023 11:26 SiyasətMillət vəkili, Milli Məclis sədrinin müavini Adil Əliyev Şəhid, polkovnik-leytenant Həmdəm Ağayevin anım tədbirində iştirak etdib. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib: "Şəhidimizin ailəsinə və yaxınlarına başsağlığı verib, Allahdan səbr dilədik. Qəhrəmanlarımızın hər birinin keçdiyi döyüş yolu gənclərimizə örnəkdir və gənc nəslin vətənpərvər duyğularla tərbiyə edilməsində, milli-mənəvi dəyərlərimizə bağlı şəkildə yetişdirilməsində müstəsna dərəcədə əhəmiyyətlidir. Azərbaycan xalqı torpaq uğrunda canından keçən qəhrəmanları heç zaman unutmayacaq, əziz xatirələri qəlbimizdə əbədi yaşayacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31