Ermənistanın Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiyası ilə bağlı cinayət işi başladılıb - RƏSMİ

Qərbi azərbaycanlılara qarşı Ermənistan tərəfindən aparılmış soyqırımı və deportasiya ilə bağlı cinayət işi başladılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Baş Prokurorun müavini Elmar Camalov "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı mərasimində çıxışında deyib.

"Mülki əhalinin qəsdən öldürülməsi, minaların partladılması nəticəsində mülki şəxslərin öldürülməsi və ya ağır xəsarətlər alması, işğal altında olan ərazilərdə ermənilərin qanunsuz şəkildə məskunlaşdırılması kimi cinayət faktlarının istintaqı hazırda davam etdirilir. Ermənistan regionda sülhün bərqərar olmasını istəyirsə, azərbaycanlılara qarşı nifrət nitqindən imtina etməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatının təqdimatı keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31