Ölkələrimiz arasında tərəfdaşlığın və dostluğun yaxşı nümunəsi - ÖZƏL
30 Oktyabr 2023 10:59 Siyasət"Azərbaycanın xarici əlaqələrinin dinamik inkişaf etdirilməsi, o cümlədən dost və qardaş müsəlman ölkələri ilə münasibətlərin yeni, strateji səviyyəyə yüksəldilməsi bu gün dövlətin xarici siyasətinin əsas prioritet istiqamətlərindəndir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Mətanət Qəribova səsləndirib. Onun sözlərinə görə, ölkəmizin Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq münasibətləri yüksək səviyyədə qurulub və hazırda bir bir çox sahələrdə strateji əhəmiyyət daşıyır:
"Qeyd olunmalıdır ki, xüsusilə 2003-cü ildən sonrakı dövr ərzində ölkələrimiz arasında bir çox əhəmiyyətli sahələri əhatə edən onlarla razılaşma, saziş, anlaşma memorandumu və digər vacib hüquqi sənədlər imzalanmışdır. Qaradağ GES-in açılış mərasimində Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirlə təmsil olunması, həmçinin böyük nümayəndə heyətinin iştirakı ölkələrimiz arasında tərəfdaşlığın və dostluğun yaxşı nümunəsidir".