İyirmibirinci yüz il tarixə Türk əsri kimi düşəcək - ÖZƏL
30 Oktyabr 2023 10:58 Siyasət"Türkiyənin güclənməsi Türk dünyasının güclənməsi deməkdir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin üzvü İltizam Yusifovun sözlərinə görə, yüzillik Türkiyə dövlətinə yeni imkanlar açır: "Əminəm ki, bu gün dünyanın yenidən dizayn edilməsi ilə əlaqədar olaraq yaranmış qlobal mürəkkəb geosiyasi mübarizələrdən Türkiyə alınıaçıq və qalib çıxacaq. Bu proseslərdən qalib çıxan Türkiyə dünyada daha güclü və qüdrətli, söz sahibi olan dövlətlərdən birinə çevriləcək. İyirmibirinci yüz il tarixə Türk əsri kimi düşəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31