Türkiyənin marağı Azərbaycanın marağıdır - ÖZƏL
30 Oktyabr 2023 10:41 Siyasət"Bu gün Azərbaycan və Türkiyə bölgədə və dünyada ən yaxın dost, qardaş, sirdaş, strateji müttəfiqdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Jalə Əliyevanın sözlərinə görə, Türkiyənin marağı Azərbaycanın marağıdır, Azərbaycanın marağı Türkiyənin marağıdır: "Bu gün hər iki ölkə həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan ilə Türkiyə əl-ələ verməmiş olsun. Bu gün ölkələrimizdə, bölgədə və dünyada baş verən hər bir hadisə, meydana gələn hər bir gəlişmə istər Türkiyə, istər Azərbaycan üçün eyni dərəcədə əhəmiyyətlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31