Qarabağdan gedən ermənilərə qaçqın statusu verilə bilməz

"Ermənilər öz ölkəsini, yəni Azərbaycanı tərk etməyib, əksinə, məskunlaşdıqları başqa ölkənin ərazisindən öz ölkələrinə qayıdıblar". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Qarabağdan gedən ermənilərin "qaçqın statusu"nda qəbul edilməsi üçün "öz ölkələrini" tərk etmələri lazımdır: "Bu halda onların "ölkə" dediyi ərazi beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir və bu ərazidə "ölkə" adlandırdıqları qondarma separatçı rejim beynəlxalq hüquqda tanınmırdı. Qarabağdakı ermənilərin mənsub olduğu hüquqi pasport-separatçıların onlara verdiyi qondarma pasport kağız parçasından başqa bir şey deyildi, həmin sənəd Ermənistana məxsus olub. Bu fakt ermənilərin "öz ölkələrini" tərk etmədiyini, sadəcə vətəndaşı olduqları ölkəyə qayıtdıqlarını sübut edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31